Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyası üçün planlı iş aparılır - VİDEO

Daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyası üçün planlı iş aparılır - VİDEO

Tarix: 19 Mart 2021 14:10

Dərs otaqları, müxtəlif dərnəklər, idman meydançaları və üzgüçülük hovuzu... Bütün bunlar daun sindromlu şəxslər üçündür.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyası üçün işlər planlı şəkildə davam etdirilir.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova deyir ki, burada uşaqlar və yeniyetmələrlə reabilitasiya işi aparılır, ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır, çatışmazlıqların korreksiyası üzrə məşqlər keçirilir, sağlamlıq imkanları məhdud şəxslərin sosial statusunun bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyası təmin edilir. Uşaqlar üçün seminarlar təşkil olunur, müxtəlif idman növləri üzrə yarışlar da keçirilir.
Mərkəz direktoru qeyd etdi ki, sindromdan əziyyət çəkən uşaqlar müxtəlif tədbirlərdə iştirak edir ki, bu da onların cəmiyyətə inteqrasiyasını sürətləndirir.
Natella Həsənova vurğuladı ki, bu sindroma xəstəlik kimi yanaşmaq düzgün deyil.Onun sözlərinə görə, belə uşaqların cəmiyyətdən kənarda saxlanılması onların inkişafına böyük zərbə vurur.
Mərkəzə rayonlardan da müraciət edənlər olur. Hazırda reabilitasiya mərkəzinə 250 uşaq gəlir.
Natella Həsənova bildirdi ki, valideynlərə dəstək məqsədi ilə psixoloji  seminarlar da təşkil olunur. Bu isə o deməkdir ki, mərkəz təkcə sindromlu uşaqları deyil, həm də onların ailələrini cəmiyyətə qazandırır.
Bu arada, martın 22-də Xəzər Televiziyasında daum sindromlu uşağın həyat hekayəsindən bəhs edən serial başlayacaq. Qəhrəmanı Oğuz adlı şəxs olacaq serial həftə içi 4 gün saat 20:00-da yayımlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyası üçün planlı aparılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ