Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əsədov qazaxıstanlı həmkarı ilə danışdı

Əli Əsədov qazaxıstanlı həmkarı ilə danışdı

Tarix: 19 Mart 2021 18:39

Qazaxıstan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Baş nazir Askar Mamin arasında telefon danışığı olub.

Bu barədə Milli.Az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı Askar Mamin öz həmkarını Novruz bayramı münasibətilə təbrik edib, Qazaxıstan və Azərbaycan xalqlarının uzunəsrlik dostluğunun möhkəm təməllərə söykəndiyni deyib. Azərbaycanın uğurları xüsusi vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin iqtisadi və ticarət aspektlərinə dair bir sıra məsələlər müzakirə olunub.

Milli.Az


Etiketlər:  Əli Əsədov qazaxıstanlı həmkarı ilə danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ