Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağın azad edilməsinə qarşı çıxan HDP rəsmiləri saxlanıldı

Qarabağın azad edilməsinə qarşı çıxan HDP rəsmiləri saxlanıldı

Tarix: 20 Mart 2021 15:02

Türkiyədə terror təşkilatına dəstək olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Ankara prokurorluğu PKK terror təşkilatı ilə bağlı apardığı istintaq zamanı Xalqların Demokratik Partiyasının (HDP) regional təşkilat rəhbərlərini şübhəli şəxs qismində saxlayıb. 

Onların Azərbaycana aid torpaqların erməni işğalından azad edilməsinə qarşı hazırlanan və terror təşkilatına yaxın saytlarda yayımlanan müraciəti imzaladıqları da müəyyən olunub.

Həmin şəxslərin PKK-nın ilk silahlı hücumunun ildönümü kimi qeyd edilən qanunsuz tədbirə qoşulduqları və dövlət tərəfindən zərərsizləşdirilən terrorçuların anım mərasimində iştirak etdikləri məlum olub.

Onların yaşadıqları ünvanlara baxış keçirilən zaman təşkilata aid çoxlu sənədlər və digital materiallar aşkar olunaraq götürülüb.


Etiketlər:  Qarabağın azad edilməsinə qarşı çıxan rəsmiləri saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ