Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Thonqlun Sisulit Laosun prezidenti seçilib

Thonqlun Sisulit Laosun prezidenti seçilib

Tarix: 22 Mart 2021 19:56

Laos Xalq İnqilab Partiyası Mərkəzi Komitəsinin Baş katibi Thonqlun Sisulit ölkənin prezidenti seçilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 75 yaşlı Thonqlun Sisulit 9-cu çağırış Milli Assambleyanın martın 22-də paytaxt Ventyanda keçirilən ilk iclasında ölkə başçısı seçilib. O, 2001-2016-cı illərdə Baş nazirin müavini, 2006-cı ildən paralel olaraq xarici işlər naziri, 2016-cı ildən bəri isə Baş nazir vəzifəsində çalışıb. Bu il yanvarın 15-də isə hakim partiyanın lideri seçilib.

Thonqlun Sisulit 1969-cu ildə ölkəsində pedaqoji kolleci bitirib, sonrakı illərdə keçmiş Sovet İttifaqında və Vyetnamda təhsil alıb. Ana dili ilə yanaşı, Vyetnam, rus və ingilis dillərini bilir.

Milli Assambleyanın iclasında ölkənin yeni Baş naziri də seçilib. Laos Xalq İnqilab Partiyası Mərkəzi Komitəsi siyasi bürosunun üzvü Phankham Viphavanh hökumətin yeni rəhbəri olub.


Etiketlər:  Thonqlun Sisulit Laosun prezidenti seçilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ