Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2021 16:20
Müğənni Ülvi Qılınc koronavirusa yoluxub.
Bu haqda aparıcı Elgiz Əkbər məlumat yayıb. Onun sözlərinə görə, Ülvinin vəziyyəti ağırdır.
Ü.Qılınc hazırda evdə izolyasiya olunur və müalicəsi davam edir.
Ülvi Qılıncdan başqa daha bir müğənni Sevda Kazımova da koronavirusa yoluxub.
Bu barədə lent.az-a ifaçının özü bildirib:
"Hazırda xəstəxanadayam. Xəstəliyi ağır formasından tutmuşam. Həkimlər çox sağ olsun, mənə yaxşı nəzarət edirlər. Dualarınıza ehtiyacım var. İnşallah ümid edirəm ki, bu xəstəliyə qalib gələrəm. Çalışın ki, xəstələnməyin, özünüzü qoruyun. Hamının xəstələnməyi mənə təsir etdi, sonda özüm də xəstələndim ".