Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölən qardaşına son dəfə baxmaq istəyən şəxs həyatının şokunu yaşadı

Ölən qardaşına son dəfə baxmaq istəyən şəxs həyatının şokunu yaşadı

Tarix: 24 Mart 2021 15:00

Ölən qardaşına son dəfə baxmaq istyən şəxs qadın cənazəsini görüncə şok olub. Hadisə Türkiyənin Şanlıurfa rayonunda baş verib. Cənazə İstanbuldan Şanlıurfaya təyyarə ilə gətirilib.

Sonxeber.net sfera.az-a istinadla xəbər verir ki, Aydında müalicə aldığı xəstəxanada ölən 50 yaşlı Halil Asalın Şanlıurfadakı doğmalarına tanımadıqları bir qadının cənazəsi göndərilib.

Aydından İzmirə, oradan İstanbula və daha sonra Şanlıurfaya göndərilən cənazənin dəqiq olaraq harada qarışdırıldığı bilinmir.

Mərhum Halil Asalın ailə üzvləri olaya sərt reaksiya verərək səlahiyyətlilərdən kömək istəyiblər.


Etiketlər:  Ölən qardaşına dəfə baxmaq istəyən şəxs həyatının şokunu yaşadı


RƏYLƏR