Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Orduda xaos hökm sürür” - Erməni deputat

“Orduda xaos hökm sürür” - Erməni deputat

Tarix: 25 Mart 2021 12:00

Ermənistan Milli Məclisinin deputatı Qevork Qorqisyan orduda total xaos hökm sürdüyünü bildirib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o bu barədə parlamentdə suallar və cavablar sessiyasında müdafiə nazirinə müraciət edərkən bildirib. 

"Cəbhə xəttimiz lazımi səviyyədə təchiz olunmayıb, vəzifə şərtləri yersizdir. Hərbçiləri A nöqtəsindən B nöqtəsinə apara bilməzsiniz. Hərbi döyüş vəzifəsindən, döyüş mövqelərindən canlı yayıma çıxırlar. Çovğun zamanı itkin düşürlər. İnsanlara maaş verilmir. Bu xaos nə qədər davam edəcək, cənab nazir? Nə ilə məşğulsunuz ki, ordudakı vəziyyət belədir?",-deyə Qorqisyan qeyd edib.

Deputatın suallarına heç kim cavab verməyib. Ona müraciətini yazılı şəkildə təqdim etməsi tövsiyə olunub.

Milli.Az


Etiketlər:  Orduda xaos hökm sürür Erməni deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ