Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göyçayda özünü asan oğlanı anası son anda xilas edib

Göyçayda özünü asan oğlanı anası son anda xilas edib

Tarix: 25 Mart 2021 18:40

Göyçay rayonunda intihara cəhd olub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, rayonun Şəkər kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədov Kamal Eynulla oğlu yaşadığı evdə kəndirlə özünü asıb. Hadisədən xəbər tutan Kamalın anası onu ölümdən son anda xilas edib.

Boğularaq koma vəziyyətinə düşən Kamal Əhmədov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun özünü öldürmək istəməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Etiketlər:  Göyçayda özünü asan oğlanı anası anda xilas edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ