Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərəblərə yem olmaq...

Ərəblərə yem olmaq...

Tarix: 26 Mart 2021 12:38

Özündən göyərçin düzəldən şahinə yem olacaq.
İtaliya atalar sözü

Ərəblər haqqında əksərimizin təəssüratı yanlışdır, elə bilirik ki, onlar dünyanı görməyiblər, heç nə bilmirlər, sadəcə bizim yurdumuza gəlib qadınlara cumurlar, ov ovlayırlar, quş quşlayırlar. 

Amma unutmayaq ki, bura gələn ərəblərin çoxu Londondan, Parisdən usanan, Amerikaya uçmağa ərinən, onlarla ölkədə hər cür həzzi dadmış, daha fantaziyalarını Saatlının çöllərinə, İmişlinin bozluğuna sığışdıranlardır. 

Onların arasında bizim ölkənin reklamını öz televiziya kanallarında görüb sonra bura axışanlar da var, başqa maraqlar ardınca gələnlər də... Gətizdirilənlər də... 
"Ərəb turizmi" bütün dünya ölkələri üçün maraqlıdır. Siz onların çoxunu muzeylərdə, tarixi abidələrdə rast gəlməzsiniz. Musiqi, qadın, tüstü, əyləncə olmayan yerlərdən uzaq qaçırlar.. Elə danışırlar ki, sanki hərfləri qarqara edirlər.

Ərəblər möcüzəyə inamlarını heç zaman itirməyiblər, "Min bir gecə" nağıllarını yada salın, nikbin sonluqla bitən nağılları. Həmin nağıllarından da görünür ki, ərəblər zövq aşiqidirlər və həzlərini "min bir gecəyə" qədər uzatmağı, yəni əbədiləşdirməyi sevirlər. Ölkəmiz isə bəzi ərəblər üçün həmin əbədiyyətin bir anıdır...

Orta əsrlərdə ərəblər yerlərimizə - torpaqlarımıza göz dikmişdilər, indi isə göyümüzə... Onda torpaqlarımızı qana bulayırdılar, indi səmamızı... 

Neçə illərdir ki, kasıb azərbaycanlıların cibləri göyərçinləri, bəzgəkləri ərəblərə satmaqla pul görür, hətta ovlaq yerlərini onlara nişan verməklə evinə çörək aparan yurddaşlarımız da var. 

Sadəcə, məni bu acınacaqlı situasiya düşündürür: Təsəvvür edin, quşu diri tutmaq necə çətindir. Sonra onu qoruyub sağ-salamat ərəbə çatdırmaq. Axırı da məlum... 
Bir dəfə bu sarsaq işdən çörəyi çıxanlar biri danışırdı ki, quşları diri tutub ərəblərə veririk. Əvvəl bəzgəyi 30 manata satırıq, sonra deyirik, bəzgək yoxdur, tapılmır. Beləcə guya bəzgək yağlı əppək olub çəkilir göyə. Nəticədə quşların qiyməti qalxır. Beləcə həzz sarıdan aclıq çəkən ərəblər bir bəzgəyə yüz dollar verirlər. Bizimkilərin çörəyi də bundan çıxır. Hərə öz masştabında ərəbdən daha artıq pul qoparır... Ofisiant, taksi sürücüsü, tərcüməçi, bələdçi, satıcı...  Vicdanlılar istisnadır... 

Absurd o yerə gəlib çıxıb ki, ərəblər göyərçinlərimizi, bəzgəklərimizi havaya buraxıb təyyarələrdə gətirdikləri pasportlu şahinlərinə ovladırlar. 

Amma məni üzən, kədərləndirən quşlarımızın aqibətidir.

Haçana qədər bizim bəxtimizə yem olmaq düşəcək?

Nə vaxta qədər bizimkilərin çörəyi özümüzün olanları yem etməkdən çıxacaq?

Varımızı ov, vətənimiz ovlaq etmək əbədi alın yazımızdırmı, yoxsa?

Bu xoşagəlməz, qanunsuz əməllərinə görə bəzən ərəbləri cərimələyirlər. Qanunlarımız  isə sadəcə onlardan bir-iki bəzgəyin pulunu alır... Qafqazinfo. 

Milli.Az


Etiketlər:  Ərəblərə olmaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ