Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2021 17:20
"Xalq ulduzu" müsabiqəsindən tanınan müğənni Şəhla Həmidova özünə yeni iş tapıb.
Sonxeber.net Lent.az-a istinadən bildirir ki, ifaçı bu barədə "Xəbər-ətər" verilişində bildirib:
"Bir ildən çoxdur ki, toy yoxdur. Həyat çox qəribədir. Mən indi gözəllik salonunda administrator işləyirəm. Allahıma çox şükür edirəm ki, efirə gec-gec çıxsam da, tamaşaçılar məni unutmayıb. Gözəllik salonuna gələnlər də məni tanıyır".