Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 09:56
Türkiyə iqtisadi və diplomatik müstəqilliyini qazanmaq üçün böyük əmək sərf edib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri çinli ekspert, Şensi Pedaqoji Universitetinin Türkiyə Araşdırmaları Mərkəzinin professoru Binq Zonq deyib.
"Türkiyə Çin üçün olduqca önəmli ölkədir. Çünki Türkiyə Yaxın Şərq ölkələri arasında olduqca uğurludur və ictimai idarəetməni də uğurlu icra edir. Çinin Yaxın Şərq ilə iqtisadi və ticari əməkdaşlığı genişləndirməsində Türkiyə mühüm rol oynaya bilər. Üstəlik, Türkiyə və Avropa Birliyi (AB) xüsusi əlaqələrini nəzərə alsaq, Türkiyənin bu yöndə də Çin üçün vacib olduğunu söyləyə bilərik. Çin AB ilə bəzi iqtisadi və ticari əlaqələrə məhz Türkiyə vasitəsilə başlamışdı. Son illərdə Şian-İstanbul istiqaməti Yeni İpək yolunun önəmli hissəsinə çevrilib", - deyə B.Zonq bildirib.