Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dario Federikonun durumu necədir?

Dario Federikonun durumu necədir?

Tarix: 26 Iyul 2019 17:00

Avropa Liqasının  II təsnifat mərhələsinin “Arsenal”la səfər  oyununda məcburi əvəzlənən “Neftçi”nin futbolçusu Dario Federikonun zədəsi ciddi deyil.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, braziliyalı hücumçu Rusiya klubu ilə cavab oyununda meydana çıxmağa hazırdır.

Qeyd edək ki, "Neftçi"nin qələbə qolunun müəllifi matçın 73-cü dəqiqəsində zədələnərək Namiq Ələsgərovla əvəzlənmişdi. Komandalar arasında cavab matçı avqustun 1-də "Bakcell Arena"da olacaq.
 


Etiketlər:  Dario Federikonun durumu necədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ