Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər tutulub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər tutulub

Tarix: 27 Mart 2021 13:20

Daxili İşlər Nazirliyi ötün gün 2021-ci il mart ayının 26-da daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Nazirliyin  mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, ötən gün respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 23 cinayətin üstü "isti izlər"lə açılıb.  

Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.   

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Milli.Az


Etiketlər:  Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər tutulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ