Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənilər tarixi abidələri buna görə dağıdır - VİDEO

Ermənilər tarixi abidələri buna görə dağıdır - VİDEO

Tarix: 27 Mart 2021 14:50

Ermənistan Azərbaycan torpaqlarında məqsədyönlü şəkildə dağıntılar törədib. Onlar bu torpaqlarda yaşamış digər xalqların izlərini qəsddən silirlər ki, bölgə ermənilərin tarixi torpağı kimi göstərilsin.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında ABŞ-ın "Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi"nin nümayəndəsi Austin Kleyton deyib. O bildirib ki, ermənilər təkcə azərbaycanlılara deyil, eyni zamanda Qafqaz Albaniyasına məxsus abidələri də dağıdıb:

"Hətta sonuncu müharibədə onlar bunu xristian-müsəlman qarşıdurması kimi qələmə verməyə çalışırdı. Amma Qarabağda ruslara məxsus pravoslav kilsələri də dağıdılıb. Nəticə etibarilə bu dini münaqişə deyil, məqsədyönlü dağıntılardır".

A.Kleyton onu da qeyd edib ki, 90-cı illərdə Qarabağdakı vəziyyətlə maraqlanmayan beynəlxalq təşkilatlar bu gün Ermənistanın tərəfini saxlayır:

"Bu məsələdə vurğulanmalı olan digər məqam buraya cəlb oluna biləcək beynəlxalq təşkilatlara, xüsusilə də YUNESKO-ya qadağaların qoyulmasıdır. 30 illik işğalı dövründə Azərbaycan tərəfi bölgəyə dəyən ziyanın araşdırması üçün YUNESKO-ya dəfələrlə çağırış etmişdi. YUNESKO isə Azərbaycan tərəfinin çağırışlarına ciddi cavab verə bilməyib və buna laqeyd yanaşıb.

İkinci Qarabağ müharibəsinin sonlarına doğru isə bir çox beynəlxalq təşkilatlar erməni mədəni irsinin qorunması üçün aktiv fəaliyyətə keçməyə başladı. Amma birinci Qarabağ müharibəsində bu təşkilatların heç biri tarix və mədəni müstəvidə münaqişəyə cəlb olunmaq istəmədi. Heç kim azərbaycanlılara məxsus mülk və abidələrin dağılmasına münasibət bildirmədi. Hesab edirəm ki, Azərbaycanın əvvəlki çağırışlarına məhəl qoymayıb, müharibənin sonlarına doğru erməni irsinin qorunması üçün fəaliyyətə keçmək ədalətsiz yanaşmadır. Beynəlxalq ictimaiyyət keçmişdəki hərəkətlərinə görə məsuliyyət daşımaq istəmir. 1990-cı illərdə onların iştrakı çox az idi. Amma indi erməni abidələrini qorumaq üçün apardıqları kampaniyaları keçmişdəki səhvlərindən çıxardıqları nəticə kimi qələmə vermək istəyirlər".

Milli.Az


Etiketlər:  Ermənilər tarixi abidələri buna görə dağıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ