Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 20:44
Bir müddət əvvəl Fransız avtomobil nəhəngi "Peugeot"un yenilənmiş 308 modelinin casus şəkilləri ortaya çıxmışdı. Bu fotoşəkillər, 2021-ci ilin sonlarına doğru yayılması gözlənilən avtomobilin ilk görüntülərini idi. Görüntülərdəki ən vacib detal "Peugeot"un bu yaxınlarda elan etdiyi yeni logonun bu vasitəyə əlavə edilməsi idi. İndi üçüncü nəsil Peugeot 308 rəsmi olaraq təqdim edildi.
Sonxeber.net techland.az-a istinadən bildirir ki, Peugeot 308-in ümumi dizaynı avtomobilin indi daha kompakt quruluşa sahib olduğunu göstərir. İkinci nəsil 308 ilə müqayisədə çox cəlbedici hala gətirilmiş avtomobil, bu yaxınlarda nazik matris LED faraları ilə satışa təqdim olunacaq.
Qeyd edək ki, bu avtomobil şirkətin yeni loqo ilə təqdim etdiyi ilk avtomobildir.