Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz Qətərə qalib gəlir - YENİLƏNİR

Millimiz Qətərə qalib gəlir - YENİLƏNİR

Tarix: 27 Mart 2021 21:40

21:39

Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda Qətərlə üz-üzə gəlir.

Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Qətər millisi Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna mübarizə aparır. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

Azərbaycan yığması bu komanda ilə üçüncü dəfə qarşılaşacaq. 2013-cü ildəki ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 2017-ci ildə isə milli rəqibini məğlub edib - 2:1.

Azərbaycan millimiz seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.

Beynəlxalq yoldaşlıq oyunu

21:00. Qətər - Azərbaycan - 0:1 (Birinci hissə)
Qol: 
Ramil Şeydayev, 16-pen
Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)
Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu

Qeyd edək ki, A qrupunun digər oyunlarında Serbiya Portuqaliyanı, İrlandiya isə Lüksemburqu qəbul edəcək.

20:59

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, yığmamız yoldaşlıq oyununda Qətərlə üz-üzə gələcək.

Macarıstanın Debretsen şəhərində baş tutacaq qarşılaşma öncəsi hər iki komandanın heyəti açıqlanıb. Millimizin baş məşqçisi Canni de Byazi və onun həmkarı Feliks Sançes start heyəti və ehtiyat oyunçuları müəyyənləşdirib.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 

Yoldaşlıq oyunu
27 mart
21:00. Qətər - Azərbaycan
Baş hakim: 
İvan Kruzliak (Slovakiya)

Qətər: 1. Saad Əl-Şib, 2. Pedro Migel, 4. Məhəmməd Vaad, 7. Ahmed Alaeldin, 10. Hassan al-Haydos (k), 15. Bassam Əl-Ravi, 16. Bualem Xuxi, 18. Elamin, 19. Almoez Əli, 20. Abdulsalam, 23. Assim Madibo
Ehtiyat oyunçular: 21. Mahmud Abunada, 22. Salah Zakaria, 3. Abdelkarim Hassan, 5. Tarek Salman, 6. Abdulaziz Hatem, 8. Tamim Əl-Muhaza, 9. Fodahyil, 10. Musab Xeder, 11. Məhəmməd Muntari, 12. Karim Budiaf, 14. Salem Əl-Hacri, 17. İsmayıl Məhəmməd
Baş məşqçi: Feliks Sançes
Azərbaycan: 1. Emil Balayev (k), 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 5. Şəhriyar Əliyev, 7. Anatoli Nuriyev, 9. Ramil Şeydayev, 10. Mahir Emreli, 16. Aleksey İsayev, 19. Təmkin Xəlilzadə, 20. İsmayil İbrahimli, 22. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 12. Şahrudin Məhəmmədəliyev, 3. Amin Seeydiyev, 6. Vüqar Mustafayev, 8. Coşqun Diniyev, 11. Amil Yunanov, 13. Abbas Hüseynov, 14. Xəyal Nəcəfov, 15. Toral Bayramov, 17. Elvin Cəfərquliyev, 18. Rəhim Sadıxov, 21. Namik Ələskərov
Baş məşqçi: Canni de Byazi
Debretsen (Macarıstan). "Nagyerde" stadionu

Milli.Az


Etiketlər:  Millimiz Qətərə qalib gəlir YENİLƏNİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ