Tarix: 26 Iyul 2019 17:40
"Samsung" şirkəti sentyabrda "Galaxy Fold" bükülən smartfonunun satışına başlanılacağını elan edib. Bu haqda Cənubi Koreya şirkətinin saytında məlumat verilib.
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, hazırda mütəxəssislər cihazın son sınaqlarını keçirirlər.
Xatırladaq ki, "Samsung" şirkəti 2019-cu ildə fevralın sonunda "Galaxy Fold" cihazını təqdim edib. Yeni smartfon hələ may ayında Honkonq və Şanxayda təqdim edilməli idi ABŞ-da yeni smartfonun dəyəri təxminən 1980 dollar olmalı idi.
Lakin sözügedən qurğuda qüsurlar aşkar edilib. Ekranın bükülməsi yerində təhriflər olurdu və ekran işləmirdi. "Galaxy Fold" aparatının ən zəif hissəsi kövrək bükülən displeydir, hətta su və ya toz nəticəsində dəymiş kiçik zədə ekranı sıradan çıxara bilər.
Emil Hüseynov