Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündəlik kitab oxumaq beyinə necə təsir edir?

Gündəlik kitab oxumaq beyinə necə təsir edir?

Tarix: 28 Mart 2021 14:03

Amerikalı alimlər, gündəlik oxumağın zəkanın inkişafına faydalı təsir göstərdiyi və kompleks problemlərin təsirli həllinə kömək etdiyi qənaətinə gəliblər.

Sonxeber.net Lent.az-a istinadla bildirir ki, bundan əlavə, Nyu-York ştatındakı Roçester Universitetinin alimləri tərəfindən sübut edilib ki, oxumaq yaddaş və empatiyanıı da inkişaf etdirir.

Tədqiqatçılar müntəzəm oxumağın həm qısa, həm də uzun müddətdə effektli olduğu qənaətinə gəliblər.

Elmi işdə psixoloqlar və nevrologlar iştirak edbilər. Onlar əsərin personajlarının həyəcanının emosional zəkanı və empatiyanı artırdığını da sübut ediblər.

Eyni zamanda, mütəxəssislər sosial-idrak fəaliyyətin elmi ədəbiyyat deyil, yalnız bədii ədəbiyyat oxuyaraq yaxşılaşdırıldığına diqqət çəkiblər.

Bundan əlavə, yavaş və düşüncəli bir şəkildə oxusanız, fərdi konsentrasiya, yeni və mürəkkəb məlumatları daha yaxşı mənimsəmə qabiliyyəti kimi keyfiyyətləri inkişaf etdirə bilər.

Mütəmadi olaraq oxumağa davam etsəniz, əldə edilmiş bacarıqlarınız qorunub saxlanılır və inkişaf etdirilir.

Psixoloqlar da öz növbəsində qeyd edirlər ki, uzunmüddətli dövrdə ədəbiyyata valeh olmaq sözlə yaddaşı yaxşılaşdırır və bu da yeni məlumatları sözlərlə daha yaxşı mənimsəməyə kömək edir.

Beyindəki dəyişikliklərə gəldikdə, davamlı oxumaq, korpus kallosumunun qalınlaşmasına səbəb olur və bununla da beynin iki yarımkürəsi arasındakı əlaqəni yaxşılaşdırır.

Bununla birlikdə, mütəxəssislər gecə oxumaqdan çəkinməyə çağırırlar. Bunun səbəbi isə yuxusuzluğa gətirib çıxara biləcəyi və beyində dönməz dəyişikliklərə səbəb ola biləcəyi üçündür.


Etiketlər:  Gündəlik kitab oxumaq beyinə necə təsir edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ