Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Festivalın voleybol yarışlarında Rusiyanın qadınlardan ibarət komandası finala yüksəlib

Festivalın voleybol yarışlarında Rusiyanın qadınlardan ibarət komandası finala yüksəlib

Tarix: 26 Iyul 2019 17:56

Bakı. Trend:

İyulun 26-da "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların mübarizəsinin dördüncü günündə ilk yarımfinal görüşləri yekunlaşıb.

Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən qızların yarışında birinci yarımfinal oyununda Rusiya və Türkiyə milliləri finalda mübarizə aparmaq uğrunda görüşüblər.

Oyunda Rusiya voleybolçuları rəqiblərini 3:1 (25:22, 20:25, 25:22, 25:21) hesabı ilə məğlub edərək festivalın finalına yüksəliblər. Həlledici qarşılaşmada onların rəqibi İtaliya – Rumıniya cütünün qalibi olacaq. Türkiyə isə üçüncü yer uğrunda mübarizə aparacaq.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qızların mübarizəsində isə növbəti qarşılaşma 5-8-ci yerlər üçün Ukrayna və Belarus komandaları arasında olub. Bu görüşdə Belarus millisi rəqibinə qalib gəlib - 3:1 (25:27, 25:21, 25:23, 25:20). Beləliklə, Belarus yığması 5-6-cı, Ukrayna seçməsi isə 7-8-ci yerlər uğrunda yarışacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Festivalın voleybol yarışlarında Rusiyanın qadınlardan ibarət komandası finala yüksəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ