Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xroniki yuxusuzluq şəkər xəstəliyinə səbəb olur

Xroniki yuxusuzluq şəkər xəstəliyinə səbəb olur

Tarix: 28 Mart 2021 23:03

Aparılan araşdırmaya görə, sadəcə 1 gecə yuxusuz qalan sağlam şəxslərdə insulin tələbini 3 dəfədən çox artır.

Sonxeber.net xəbər verir ki, xronik yuxusuzluq diabetə yol açır.

Türkiyəli professor Levent Öztürk normal yuxunun insan sağlamlığına təsiri ilə bağlı danışıb. Onun sözlərinə görə, yetərli miqdarda yatmayan insanlarda fərqli xəstəliklər yarana bilər: "Orta hesabla 7 saatlıq yuxu ideal yuxu zamanı hesab edilir. Cəmiyyətdə də az yatan insanlar var. Bunların bir qismi həqiqətən yuxuya ehtiyacını qarşılaya bildiyi üçün az yatır. Amma böyük bir hissəsi əslində daha çox yuxuya ehtiyac duyduğu halda yetərincə yata bilmir. Bu da insan həyatına mənfi təsir edir. Aparılan araşdırmalarda yuxusuzluqla şəkər xəstəliyi arasında əlaqənin olduğu sübut olunub. Xroniki yuxusuzluq diabet üçün zəmin rolunu oynayır. Adətən diabetə tutulmağın qidalanma, yaşam tərzindən olduğu deyilir. Əslində diabetdən qorunmaq üçün yetəri qədər, ehtiyac duyduğumuz qədər yuxu almağımız önəmlidir". /medicina.az


Etiketlər:  Xroniki yuxusuzluq şəkər xəstəliyinə səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ