Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölümcül xəstə olduğunu öyrənən tələbə TOY ETDİ - FOTO

Ölümcül xəstə olduğunu öyrənən tələbə TOY ETDİ - FOTO

Tarix: 29 Mart 2021 14:00

İngiltərənin Liverpul şəhərinin sakini, 3-cü kurs tələbəsi olan 20 yaşlı Ouen Koplend ömrünün az qaldığını öyrəndikdə sevdiyi qızla ailə qurub.

Ölümcül

Sonxeber.net big.az-a istinadən xəbər verir ki, ötən ilin oktyabr ayında Koplend güclü baş ağrılarından şikayət etməyə başlayıb, lakin koronavirusla bağlı məhdudiyyətlərə görə vaxtında müalicə ala bilməyib.

Onun anası Cill 3 dəfə təcili tibbi yardım çağırsa da, həkimlər yalnız noyabrda Ouenə kompüter tomoqrafiyası ediblər.

Oğlanda beyin xərçənginin aqressiv forması aşkarlanıb.

Şua terapiyası və əməliyyat keçirsə də, şiş daha da böyüyərək xəstənin onurğa sütununa keçib.

Martın 5-də həkimlər Koplendə sayılı günlərinin qaldığını bildiriblər. Bu proqnozu eşidən oğlan iki il görüşdüyü sevgilisinə - 21 yaşlı Sara Consa - evlilik təklifi edib.

Üç gün sonra, martın 8-də Koplendin evində canlı musiqiylə toy mərasimi keçirilib.

ÖlümcülHazırda Ouenin anası və ailəsi bədxassəli beyin şişlərinin müalicəsi probleminə ictimaiyyətin diqqətini cəlb etməyə çalışır. Cill hesab edir ki, bu xəstəliklə mübarizəyə kifayət qədər maliyyələ ayırılmır.


Etiketlər:  Ölümcül xəstə olduğunu öyrənən tələbə ETDİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ