Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Formula 1-də qəza - Pilot yürüşü dayandırdı (FOTO)

Formula 1-də qəza - Pilot yürüşü dayandırdı (FOTO)

Tarix: 26 Aprel 2019 17:28

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü zamanı qəza baş verib.

Trend-in məlumatına görə, “Racing Point” komandasının pilotu Lens Strollun bolidi təhlükəsizlik barierinə çırpılıb.

Nəticədə bolid trasdan evakuasiya edilib və L.Stroll ikinci sərbəst yürüşü dayandırmalı olub.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Formula qəza Pilot yürüşü dayandırdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ