Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dayəyə hər ay 32 min ödəyən məşhurlar

Dayəyə hər ay 32 min ödəyən məşhurlar

Tarix: 29 Mart 2021 18:55

Artıq 1 ildir davam edən Covid-19 pandemiyası gündəlik yaşayış tərzinə mənfi təsir edib. Bir çox məktəblər və bağçalar bağlandığı üçün uşaqlar da evdə qalıb. Onların evdə qalması isə dayələrə olan tələbatı artırıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu dövrdə daha çox varlı ailələr dayələrə üz tutublar. Dayə seçilərkən isə ingilis dilini ana dili kimi bilən, pianinoda ifa edən və müəllimlik qabiliyyəti olanlara üstünlük verilib.

Bu kriteriyalar əsasında dayə seçən məşhurlar da az deyil. Onlar arasında aparıcı Ece Erken, müğənnilər Gülşən və Bengü də var.

Məşhurlar övladları üçün tutduğu baxıcılara kifayət qədər yüksək miqdarda pul ödəyirlər. Onlar arasında dayəyə hər ay 32 min lirə(7 min 420 manat) maaş ödəyənlər də yer alıb.

Gülşen, Hatice Şendil və Bengü övladlarına daha çox filippinli dayələr tutmağa üstünlük verirlər. Bunun əsas səbəbi onların ingilis dilini kifayət qədər yaxşı bilmələridir. İzzet Özilhan ilə evliliyindən iki qızı olan Yasemin Özilhanın da uşaqlarının dayəsi ingilis dilində sərbəst danışa bilir.


Etiketlər:  Dayəyə hər ödəyən məşhurlar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ