Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün Qırğızıstanda kütləvi vaksinasiyaya başlanılıb

Bu gün Qırğızıstanda kütləvi vaksinasiyaya başlanılıb

Tarix: 29 Mart 2021 19:46

Bu gün Qırğızıstanda COVID-19 virusu ilə bağlı kütləvi vaksinasiyaya başlanılıb, peyvəndləmə zamanı Çinin "SinoPharm" vaksinindən istifadə olunur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, peyvəndləmə könüllülük əsasında həyata keçirilir.

Vurğulanır ki, ilk olaraq Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliyev peyvənd olunub.

Qeyd olunur ki, vaksinasiya Bişkek şəhəri, Oş və Çuy vilayətlərindən başlanıb, Bişkek şəhərində beş, Oş və Çuy vilayətlərinin hər birində iki peyvəndləmə məntəqəsi yaradılıb.

Məlumatda bildirilir ki, ilk olaraq yaşı 65-dən çox olanlar, tibb və təhsil sahələrinin əməkdaşları və rəhbər heyəti, hüquq-mühafizə orqanlarının və güc strukturlarının nümayəndələri peyvənd olunacaq.

Peyvəndləmədən sonra keçirilən mətbuat konfransında nazir deyib ki, məncə bu vaksin daha səmərəlidir və indiyədək əks təsiri qeydə alınmayıb.


Etiketlər:  gün Qırğızıstanda kütləvi vaksinasiyaya başlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ