Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 08:02
Myanmada fevralın 1-dən bəri etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda ölənlərin sayı 510 nəfərə çatıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Myanmadakı Siyasi Məhbuslara Yardım Assosiasiyasının hesabatında bildirilib.
Hesablamalara görə, hərbçilər hakimiyyətə gəldikdən sonra etiraz aksiyalarına sərt basqı göstərilir: "Martın 29-da 51 nəfərin ölümü təsdiqlənib, onlardan 14-ü 29-37 yaş aralığındadır".
Qeyd edilib ki, bu günədək 2574 nəfər həbs edilib: "Hazırda 37 məhbus həbs cəzasına məhkum edilib. Daha 120 nümayişçi üçün həbs qərarı çıxarılıb. Bazar ertəsi 20-dən çox adamın nəzarətə alınıb"
Martın 27-dən Myanmar Hava Qüvvələrinə aid təyyarələrin Karen ştatına zərbələr endirməsi nəticəsində yeddi kənddən, təxminən 10 min sakin evlərini tərk etmək məcburiyyətində qalıb.