Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramil Şeydayevdən qol ötürməsi - Rusiya Premyer Liqasında

Ramil Şeydayevdən qol ötürməsi - Rusiya Premyer Liqasında

Tarix: 26 Iyul 2019 23:08

Rusiya Premyer Liqasında 3-cü tura start verilib.

Qol.az-ın məlumatına görə, turun açılış oyununda millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Dinamo" doğma meydanda "Ural"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

"Dinamo" - "Ural" - 2:0
Qollar:
Yusupov, 16, Pançenko, 31

Millimizin hücumçusu start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. Ramil 31-ci dəqiqədə Pançenkonun vurduğu qolun ötürməsini verib.

Qeyd edək ki, bu mövsüm ilk qələbə ilə xalını 4-ə yüksəldən Moskva təmsilçisi turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Bu mövsüm ilk məğlubiyyətini görən "Ural" isə 6 xalla 2-cidir.

 


Etiketlər:  Ramil Şeydayevdən qol ötürməsi Rusiya Premyer Liqasında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ