Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 16:00
Peyvənd məsələsi ümidsiz bir vəziyyət yaradıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Dünyanın 100-ə yaxın ölkəsi hələ də peyvəndlə təmin olunmayıb. Bir tərəfdə demək olar ki, əhalisinin hamısı peyvənd olunmuş ölkələr olsa da, digər tərəfdə milyardlarla insanın hələ də peyvəndi əldə edə bilməməsi insanlıq üçün qorxuducudur.
Vaksinlərin ədalətli bölgüsü təmin edilmədiyi təqdirdə nə pandemiya tez bitəcək, nə də ölkələrin iqtisadiyyatları əvvəlki vəziyyətə qayıdacaq. Türkiyə yerli peyvənd çalışmalarını tamamlandıqdan sonra həmin vaksinləri əlverişli şərtlərlə bütün insanlığın istifadəsinə təqdim etməyi planlaşdırır", - Ərdoğan bildirib.