Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldonun yerə çırpdığı kapitan sarğısı hərraca çıxarıldı

Ronaldonun yerə çırpdığı kapitan sarğısı hərraca çıxarıldı

Tarix: 30 Mart 2021 18:26

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun Serbiya ilə DÇ-2022-nin seçmə oyununda yerə çırpdığı kapitan sarğısı hərraca çıxarılıb.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, sayılmayan qoluna etiraz edən ulduz hücumçunun sarğısı xeyriyyə auksionunda satılacaq.

Görüşdən sonra yerdə qalan kapitanlıq rəmzini stadionun əməkdaşlarından biri götürüb. O da "Limundo" vasitəsilə hərraca çıxarmağa üstünlük verib.

Satışdan əldə olunan vəsait Kraquevats şəhərindən olan altı aylıq körpə Qavrilo Curceviçin müalicəsinə ayrılacaq. Uşaq bel əzələlərinin atrofiyasından əziyyət çəkir. Hazırda sarğının auksiondakı qiyməti 3 min avronu keçib.

Qeyd edək ki, Serbiya - Portuqaliya matçı 2:2 hesabı ilə başa çatıb.


Etiketlər:  Ronaldonun yerə çırpdığı kapitan sarğısı hərraca çıxarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ