Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 19:15
Müğənni Merve Boluğur qeyri-adi addımı ilə gündəmə gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Merve Demet Akalın, Serenay Sarıkaya kimi məşhurlara baxıb pulsuz istirahət etmək sevdasına düşüb. Bunun üçün o, otellərlə əlaqə saxlayaraq orada ödənişsiz dincəlmək istədiyini bildirib.
Sənətçinin belə addım atdığı haqda reytinqli verilişlərdən olan "Söylemezsem olmaz"da məlumat verilib.
Pulsuz istirahət üçün şöhrətindən və İnstaqram hesabındakı 3 milyon izləyici sayından istifadə edən Boluğurun bütün cəhdləri boşa çıxıb.