Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan sağalanlarda hansı fəsadlar yaranır? - Həkim - VİDEO

Koronavirusdan sağalanlarda hansı fəsadlar yaranır? - Həkim - VİDEO

Tarix: 31 Mart 2021 19:24

Koronavirusa yoluxub sağalanlarda bəzən saç tökülməsi, baş ağrısı dırnaq qırılması, dəri quruluğu, uzun müddət davam edən islah və yaxud qəbizlik yaranır. 

Bunu "ARB Xəbər"ə açıqlamasında həkim Cahan Cavadova deyib. O bildirib ki, bu simptomlar 6 həftəyə qədər davam edə bilər:

"Yoluxma zamanı selikli qişa zədələndiyi üçün iyi və dadbilmənin bərpası isə 6 həftədən yuxarı çəkə bilər. Ümumilikdə isə koronanın yaratdığı fəsadları normal həyat tərzi və sağlam qidalanma ilə korreksiya etmək mümkündür".

C. Cavadova onu da qeyd edib ki, fəsadlar daha çox xəstəliyi ağır keçirənlər və ya müalicə müddətində həkim məsləhəti olmadan dərman qəbul edənlərdə müşahidə olunur.


Etiketlər:  Koronavirusdan sağalanlarda hansı fəsadlar yaranır Həkim VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ