Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Android'' istifadəçilərini hədəfə alan mürəkkəb zərərverici proqram aşkarlanıb

''Android'' istifadəçilərini hədəfə alan mürəkkəb zərərverici proqram aşkarlanıb

Tarix: 1 Aprel 2021 14:00

Tədqiqatçılar "Android" mobil əməliyyat sisteminin istifadəçilərini hədəfə alan mürəkkəb ziyanverici proqram aşkarlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ziyanverici proqram təminatı müxtəlif məlumatları ələ keçirə, həmçinin audio-yazı və zənglərin qeydə alınması vasitəsilə cihaz istifadəçisini izləyə bilir. "Android" casusu "Zimperium" şirkətinin mütəxəssisləri tərəfindən aşkarlanıb.

Ekspertlər istifadəçilərin diqqətini zərərverici proqramın "System Update" (sistemin yenilənməsi üçün) tətbiqinin adı altında gizlənməsinə çəkir. Cihaza daxil olan bu proqram əməliyyat sistemi haqqında məlumatları, ismarışları, media faylları toplayacaq, həmçinin quraşdırılan mikrofon vasitəsilə audio yazacaq, hətta istifadəçinin şəklini də çəkəcək. Bundan əlavə, ziyanverici proqram "WhatsApp" yazışmalarını və brauzerin tarixçəsini də ələ keçirə bilər.

"Apardığımız tədqiqat onu göstərir ki, bu virus keyfiyyətli şəkildə təşkil olunan kibercasus kampaniyasının bir hissəsidir. Əslində, zərərverici proqram məsafədən giriş imkanı ilə troyan (RAT) kimi fəaliyyət göstərir", - deyə "Zimperium" ekspertləri hesabatda yazır.

"Google" ilə yeni kibertəhlükəni müzakirə edən tədqiqatçılar belə qənaətə gəliblər ki, "Google"un "Play Store" rəsmi tətbiqlər mağazasında ona heç vaxt rast gəlinməyib. Bu isə adi istifadəçilərin mürəkkəb virusa yoluxma şansını azaldır.

Milli.Az


Etiketlər:  Android istifadəçilərini hədəfə alan mürəkkəb zərərverici proqram aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ