Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 17:16
Rusiya Federal Antiinhisar Xidməti "EpiVacCorona" koronavirus peyvəndinin qiymətini yarıya - 9541 rubldan 4210 rubla endirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Novosibirsk Elmi Virologiya və Biotexnologiya Mərkəzi "Vektor" tərəfindən hazırlanan preparat 10 ampulalıq qablaşdırmada satılacaq.
"EpiVacCorona" Rusiyada qeydiyyata alınan üç peyvənddən biridir. Mart ayının əvvəlindən etibarən vaksinin yaşlı şəxslərə vurulmasına icazə verilib.
"Vektor" mərkəzinin qrip şöbəsinin müdiri Aleksandr Rıjikov "EpiVacCorona"nın yaratdığı immunitetin koronavirusun bilinən bütün mutasiyalarına qarşı təsirli olduğunu bildirib.
İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət (Rospotrebnadzor) isə "EpiVacCorona"nın üçqat immunitet meydana gətirdiyini iddia edir.