Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evi tərk edən COVID-19 xəstəsi saxlanıldı

Evi tərk edən COVID-19 xəstəsi saxlanıldı

Tarix: 3 Aprel 2021 16:44

Quba rayonu Qaraçay kənd sakini Ü.Allahverdiyevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən qadın təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Ü.Allahverdiyevanın törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınmış və o, təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilmişdir.

Faktla əlaqədar Quba RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.


Etiketlər:  tərk edən COVID xəstəsi saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ