Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada donuzların taunu yayılıb

Yaponiyada donuzların taunu yayılıb

Tarix: 3 Aprel 2021 18:44

Yaponiyanın şərqindəki Qunma prefekturasında yerli fermaların birində donuzların taunu yayılıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, epidemioloji tədbirlər çərçivəsində təxminən 10 min heyvanın məhv ediləcəyi qeyd olunur.

Bundan əlavə, səlahiyyətlilər bölgədəki infeksiyanın səbəbini müəyyənləşdirmək üçün araşdırma aparacaqlar.

Qunma ərazisində sonuncu dəfə donuzların taunu xəstəliyi 2020-ci ilin sentyabrında aşkar edilib. Bundan əlavə dekabr ayında Mie prefekturasında, yanvar ayında isə qonşu Vakayama prefekturasında infeksiyanın ocağı aşkar edilib.


Etiketlər:  Yaponiyada donuzların taunu yayılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ