Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər kəs onu bu şeiri ilə tanıdı - VİDEO

Hər kəs onu bu şeiri ilə tanıdı - VİDEO

Tarix: 5 Aprel 2021 10:04

Vətən müharibəsinin ilk günlərində bir əsgərimiz məşhur türk şairi Mehmet Akif Ərsoyun şeirini söyləməklə bir andaca məşhurlaşmışdı. Müharibə dövründə erməni mediasının Türkiyənin əsgəri kimi təqdim etdiyi o qəhrəmanımız Murad Hüseynov müharibənin sonuna qədər döyüşdü. Ermənilər hərkəsi inandırmağa çalışırdılar ki, Qarabağda döyüşən Türkiyə ordusunun əsgərlərinin görüntülərini tapıblar. Görüntülərin qəhrəmanı olan Murad Hüseynov həm aprel döyüşlərinin, həm də vətən müharibəsinin iştirakçısıdır. O, döyüş yolunu "XəzərXəbər"lə bölüşüb.

Hər kəs onu bu şeiri ilə tanıdı. Vətən müharibəsinin könüllü əsgəri Murad Hüseynov Türkiyənin "A Haber" kanalına verdiyi müsahibə zamanı söylədiyi misralarla minlərlə əsgərin ruh yüksəkliyinə səbəb olmuşdu.

Müharibə dövründə Muradın bu şeirini düşmən öz məqsədləri üçün istifadə etməyə çalışdı. Türkiyədən gələn əsgərlərin Qarabağda döyüşdüyünü əks etdirən kadrlar adı altında bu video bir anda bütün erməni teleqram kanallarında yayıldı.

Murad deyir ki, şeiri aprel döyüşlərində olarkən əsgər yoldaşından öyrənib. Əslən Qərbi Azərbaycanın Amasiya mahalındandır. Uşaqlıqdan ədəbiyyata marağı olub evlərində türk şair və yazıçılarının kitabları əskik olmayıb. Onun şeirini eşidən qardaşı Nicat da evdə dayana bilməyib.

Qardaşların hər ikisi 2016-cı il aprel döyüşlərində də ön xəttə olublar. Hüseynov qardaşları vətən müharibəsində bir birindən xəbərsiz cəbhənin müxtəlif istiqamətlərində ən gərgin döyüşlərdə olublar. Nicat Hüseynov Xüsusi təyinatlı kimi düşmənin qəniminə çevrilib.

Muradla Nicat müharibədən əvvəl tikintidə işləyiblər. Hər ikisi travma aldığından ağır işləri görə bilmirlər və işsiz qalıblar.

Hazırda onlar paytaxtın Bakıxanov qəsbəsində kirayə qalırlar.


Etiketlər:  Hər kəs şeiri ilə tanıdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ