Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2021 20:44
Gürcüstan hökuməti qonşu ölkələrlə quru sərhədlərini açmaq niyyətindədir. Hökumət hesab edir ki, quru sərhədlərinin açılması iqtisadiyyatın sürətli inkişafına təkan verəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili Gürcüstan-Azərbaycanın sərhədində yerləşən "Qırmızı Körpü" Sərhəd Keçid Məntəqəsini ziyarət edərkən deyib. Nazir məntəqənin fəaliyyəti, infrastrukturu ilə maraqlanıb, tövsiyələrini verib.
Onun sözlərinə görə, qaydalara riayət etmək və peyvəndləmə prosesində fəal iştirak sərhədləri açmağa imkan verəcək.
Nazir deyib: "Bu gün, hava sərhədləri ilə birgə quru sərhədləri də açmağa imkan verəcək tövsiyələrə ciddi şəkildə riayət etmək və peyvənd prosesində fəal şəkildə iştirak etmək çox vacibdir".