Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 10:40
Cənubi Afrikanın Milli Ənənəvi Liderlər Evi ilə ölkə rəhbərliyi arasındakı "Zoom" video bağlantısı məmurlardan birinin arvadının kamera qarşısında çılpaq görünməsi ilə yarımçıq qalıb.
Sonxeber.net oxu-az-a istinadən xəbər verir ki, kuryoz hadisə Ksolile Ndevunun çıxışı zamanı baş verib. O, həmkarları ilə Şərqi Keyp vilayətində pandemiyaya qarşı mübarizədəki vəziyyət barədə danışarkən arxasında çılpaq qadın görünüb. Tədbir iştirakçılarından bəziləri gülməyə başlayıb, hökumət yanında komitələrdən birinin rəhbəri Feyt Mutambi isə konfransın dərhal dayandırılmasını istəyib. O, "siz axı canlı yayımdasınız, televiziyadasınız" deyə hiddətlə bildirib.
Ndevu yalnız bundan sonra baş verənləri anlayaraq əlləri ilə üzünü örtüb:
"Üzr istəyirəm. Diqqətim arxamda baş verənlərdə yox, ekranda idi. Çox utanıram", - deyə o, bildirib.
Məmur sonradan "Zoom" istifadə etməyə hələ tam alışmadığını və evinin quruluşunun özəl mühit üçün yararlı olmadığını deyib. O, həmçinin arvadının yatmazdan əvvəl duş almaq istədiyini və görüşün hələ də davam etdiyindən xəbərsiz olduğunu da izah edib.