Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz Slovakiyaya itkilərlə yollandı

Millimiz Slovakiyaya itkilərlə yollandı

Tarix: 6 Aprel 2021 13:56

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün səfərə çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu abrədə  Azərbaycan Futzal Federasiyasının saytında xəbər eyrləşdirilib. Bİldirilir ki, Bakı-İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi şəhərə avtobusla yollanacaq. Levice şəhərindəki oteldə məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinha və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək. Buna görə də Joze Alesio Da Silva 3-ü qapıçı olmaqla bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək. Yüngül zədəsi olan Amir Şojaei baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnən Bolinha və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir.

Millinin səfər oyunu üçün heyəti: Rövşən Hüseynli, Xətai Bağırov, Rizvan Fərzəliyev, Fineo De Araujo, İsa Atayev, Amir Şojaei, Ramiz Çovdarov (hamısı "Araz-Naxçıvan"), Emin Kürdov, Tofiq Mikayılov (hər ikisi EKOL), Cavad Məmmədov ("Neftçi İK"), Eduardo Borges ("ACCSS FUTSAL" Fransa), Everton Kardoso ("Levante" İspaniya)

Qeyd edək ki, qarşılaşma aprelin 8-də, Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.

Milli.Az


Etiketlər:  Millimiz Slovakiyaya itkilərlə yollandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ