Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 17:20
Zlatan İbrahimovç həmvətənlilərinin qəzəbinə tuş gəlib.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, "Milan"ın 39 yaşlı futbolçusu 10 il əvvəl adı "Qırmızı kitab"da olan aslanı ovlayıb. Belə ki, İbrahimoviç dostları ilə birgə 2011-ci ildə Cənubi Afrikaya səfər edərək, orda nadir növ aslanlardan birini güllələyib. Daha sonra baş skeletini və dərisini özü ilə götürüb. İnsanlar məşhur futbolçunu müdafiəsiz heyvanı ovladığına görə "atəşə tutur".
Hadisə ilə bağlı xəbər yayılandan sonra İbrahimoviçlə nümayəndələri məsələyə aydınlıq gətirməkdən imtina edib.
Qeyd edək ki, aslan Zlatanın qeyri-rəsmi simvoludur. Hətta buna görə kürəyində aslan döyməsi gəzdirir.