Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid statusu verilməsi qaydasına dəyişiklik təklif edilir - VİDEO

Şəhid statusu verilməsi qaydasına dəyişiklik təklif edilir - VİDEO

Tarix: 7 Aprel 2021 11:54

Azərbaycanda qeyri-döyüş şəraitində dünyasını dəyişən hərbi qulluqçulara və ya hüquq-mühafizə orqanlarının əməkdaşlarına şəhid statusu verilmir. Yalnız döyüşlər şəraitində canından keçən hərbçilərə Müdafiə Nazirliyinin müvafiq arayışı əsasında şəhid statusu verilir.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, millət vəkili Aydın Hüseynovun fikrincə, bu qayda dəyişdirilməlidir.

Çünki hazırda şəhid statusunu təyin edən qərar 1993-cü ildə verilib və bu da indiki tələblərə cavab vermir.

Bəs bu məsələdə dünya təcrübəsi nə deyir?

Qardaş Türkiyədə şəhid statusu verilərkən hərbçinin və ya polis əməkdaşının həmin vaxt xidməti vəzifəsini həyata keçirib-keçirmədiyi əsas götürülür.

Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz "Xəzər Xəbər"ə bildirib ki, sərhədçilər və polislər də daxil olmaqla, Türkiyədə öz vəzifəsini icra edərkən hər hansı bir səbəbdən həyatını itirənlər şəhid hesab olunurlar.

Deputat Aydın Hüseynov deyir ki, Azərbaycanda da Türkiyə təcrübəsindən faydalanılması həm də o qəhrəmanların ailələri qarşısında mənəvi borcun ödənilməsi olardı.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Şəhid statusu verilməsi qaydasına dəyişiklik təklif edilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ