Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2019 18:28
"Bu, böyük qələbədir. Avrokubok oyunlarından sonra çempionat matçları çətin keçir. Amma düşünürəm ki, futbolçularımız bu işin öhdəsindən mükəmməl gəldilər. Görüşün startından sonuncu dəqiqəyə kimi əsl peşəkarlıq nümayiş etdirdilər. Layiqli 3 xal qazandıq".
Qol.az xəbər verir ki, bu sözləri "Dundalk"ın məşqçisi Ruaydri Higgins klubun rəsmi saytına açıqlamasında deyib. İrlandiya çempionatının 27-ci turunda "Sent Patrik`s Atletik" üzərində 0:1 hesablı səfər qələbəsini dəyərləndirən mütəxəssis Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Qarabağ"la keçirəcəkləri cavab matçına da toxunub:
"İlk 15 dəqiqədə rəqibin bizi təzyiq altında saxlayacağını bilirdik. Bundan sonra isə nəzarət tamamilə bizə keçdi. Artıq Bakıya daha inamlı gedə bilərik. Özümüzə güvənirik. "Qarabağ"la oyuna qədərki işimizin öhdəsindən gəldik. Komanda avrokubok matçına tam hazırdır. Futbolçular özləri də bunu sübut etdilər".
Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundalk" oyunu yerli vaxtla 21:00-da başlayacaq. Komandalar arasında Dublində keçirilən ilk matçda qalib müəyyənləşməyib - 1:1.