Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakan Çalhanoğlu İngiltərə nəhənglərinin hədəfində

Hakan Çalhanoğlu İngiltərə nəhənglərinin hədəfində

Tarix: 8 Aprel 2021 16:16

"Milan"ın futbolçusu Hakan Çalhanoğlu İngiltərənin nəhəng klublarının maraq dairəsinə düşüb.

Milli.Az qol.az-a istinadən  xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçini "Arsenal" və "Çelsi" yayda heyətinə qatmaq üçün mübarizə aparacaq. "Milan" isə müqaviləsi mövsümün sonunda başa çatacaq Çalhanoğlunu komandada saxlamaq istəyir. Klub türkiyəli oyunçuya həftəlik 66 min sterliq maaş təklif edir. Futbolçunun tələbi isə 82 min sterlinqdir.

Transfermarkt Türkiyə millisinin də üzvü olan oyunçunun satış dəyərini 35 milyon avro kimi müəyyənləşdirib.

Xatırladaq ki, Hakanla "Yuventus"un da maraqlandığı iddia olunur.

Milli.Az


Etiketlər:  Hakan Çalhanoğlu İngiltərə nəhənglərinin hədəfində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ