Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qrizmanın 3 övladı da eyni gündə doğulubmuş

Qrizmanın 3 övladı da eyni gündə doğulubmuş

Tarix: 8 Aprel 2021 18:10

"Barselona"nın futbolçusu Antuan Qrizmann 3-cü dəfə ata olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə fransalı hücumçunun özünün "Tvitter" hesabından yazıb. O, Alba adlı qızının dünyaya gəldiyini açıqayıb.

Albanın böyük bacısı Mia və qardaşı Amaro ilə eyni gündə anadan olması diqqət çəkib. 30 yaşlı oyunçunun böyük qızı 8 aprel 2016-cı ildə, Amaro oğlu isə 8 aprel 2019-cu ildə anadan olub.

Milli.Az


Etiketlər:  Qrizmanın 3 övladı da eyni gündə doğulubmuş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ