Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2021 18:38
Ermənistanda demoqrafik durum acınacaqlı olmaqda davam edir.
Milli. Az modern.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin əhali fondunun Ermənistandakı nümayəndəsi Anna Ovannisyan söyləyib.
O, Ermənistan şəhərlərində doğum koeffisientinin 1.66, kənd yerində isə 1.46 olduğunu elan edib. Demoqraf ölkə əhalisinin sürətlə qocaldığını xəbər verib. Belə ki, BMT standartlarına görə, əhali sayında 60 yaşdan yuxarı şəxslər 7%-dən çoxdursa, həmin ölkənin əhalisi qocalır. Ermənistanda həmin göstərici 12%-i keçib və təhdidedici məqama çatıb.
Anna Ovannisyan 2050-ci ildə Ermənistan əhalisinin 22%-23%-nin yaşı 60-dan yuxarı şəxslər olacağını təxmin edir.
2020-ci ildə doğum göstəricisinin kəskin azalması da qeydə alınıb. Belə ki, 2020-ci ildə Ermənistanda doğulanların sayı 1990-cı illə müqayisədə 5,4 dəfə azdır.