Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2021 20:16
Macarıstanda ibtidai və orta təhsil müəssisələrinin və gimnaziyaların müəllimlərinin vaksinasiyası davam edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkə hökumətinin təsdiq etdiyi plana əsasən, təqribən 160 min məktəb müəllimi artıq bu istirahət günlərinə qədər koronavirusa qarşı ilk peyvəndi alacaqlar. Daha bir həftədən sonra isə məktəblər qapılarını şagirdlərin üzünə yenidən açacaqlar. Lakin ölkənin təhsil sahəsi işçilərinin Həmkarlar İttifaqları hesab edir ki, bu, onların iş yerlərini COVID-19-un yayılma ocaqlarına çevirə bilər və pandemiyanın növbəti, dördüncü dalğasına səbəb ola bilər.
Lokdaun günlərində müəllimlərin yükü bir neçə dəfə artıb. Buna baxmayaraq, macar müəllimlərinin təxminən üçdə ikisi uşaqların gələcək təliminin rəqəmsal formatda həyata keçirilməsinə ehtiyac duyur.