Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dilin üzərində ağ, qalın ərp - Bədəni alt-üst edən KANDİDA nədir?

Dilin üzərində ağ, qalın ərp - Bədəni alt-üst edən KANDİDA nədir?

Tarix: 9 Aprel 2021 22:48

Kandidoz orqanizmdə kandida sinfinə aid göbələklərin normadan artıq olmasıdır.

Əslində kandida göbələyi insan orqanizmində əvvəldən var olan və yaşayan bir göbələkdir. O, az miqdarda ağızda, dəridə, həzm sistemində olur. Normal səviyyədə olanda heç bir problem yaratmır.

Lakin müəyyən təsirlərdən, immunitetin zəifləməsindən bu göbələk çoxalıb, problemlər yarada bilər

Kandidozun ən ağır forması invaziv kandidozdur ki, bu zaman kandida göbələyi qanla ürək, beyin, göz və sümüklərə düşür.

Sonxeber.net son zamanlar yayılmış kandidoz xəstəliyinin səbəblərini təqdim edir:

-Şəkərli qidalar, rafinə olunmuş ərzaqlar, zərərli qidalanma, ağ un, çörək və s

-Spirtli içki qəbulu

-Xroniki stress, gərginlik

-Çox və uzun müddət antibiotiklər qəbulu

-Astma üçün steroidlər qəbulu

-Oral kontraseptivlər

-Zəifləmiş immunitet

-Piylənmə

-Autoimmun xəstəliklər

-Hamiləlik

-Şəkərli diabet

Əlamətləri:

Bu əlamətlər varsa, mütləq kandida yoxlanılmalıdır.

-Xroniki qəbizlik, qazlar, köp

-Anal və vaginal qaşıntı

-Xroniki yorğunluq

-Huşun dumanlanması

-Şirniyyata meyillik

-Depressiya, gərginlik, səbəbsiz ağlamaq

-Dilin üzərində ağ qalın ərp

-Hormonal disbalans, aybaşı pozğunluqları

-Həzm pozuntusu

-Dəridə qaşınma

Bu əlamətlər zamanı dəqiq kandidoz olub-olmamasl təyin olunmalıdır ki, boşuna xəstəlik axtarıb, mənasız müalicələrə pul sərf etməyəsiz.

Diaqnoz:

Kandida göbələyinin təyini üçün qan, sidik, nəcis analizi verilir, eləcə də selikli qişadan yaxma götürülür.

Müalicəsi dərman müalicəsi ilə yanaşı immuniteti möhkəmləndirmək, əsəbləri sakitləşdirmək lazımdır.

Xalq təbabətində də bu göbələyə qarşı metodlar var. /medicina.az


Etiketlər:  Dilin üzərində qalın ərp Bədəni üst edən KANDİDA nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ