Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 08:12
"Facebook"un ardınca "LinkedIn" sosial şəbəkəsi istifadəçilərinin də şəxsi məlumatları satışa çıxarılıb.
"CyberNews" xəbər verir ki, 500 milyon şəxsə aid məlumatların satışı barədə elan xaker forumlarından birində yerləşdirilib.
Məlumatların doğruluğunu sübut etmək üçün 2 milyon qeyd açıq şəkildə nümayiş olunub. Burada istifadəçilərin ad və soyadları, telefon nömrələri, elektron poçt ünvanları, iş yerləri haqqında məlumatlar öz əksini tapıb.
Məsələyə sosial şəbəkə rəhbərliyi də münasibət bildirib. "LinkedIn" şirkəti faktla bağlı araşdırmalara başladığını bəyan edib.