Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 12:28
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnik-leytenantını xidmətdən qovub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Gəncə şəhər Nizami Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Şükürov Siyavuş Bəylər oğlu orqandan xaric edilib.
S.Şükürovun xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edildiyi bildirilir.
Hüquq-mühafizə orqanlarından məlumatı "Qafqazinfo"ya təsdiqləyiblər.