Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin Gəncəyə səfəri başlayıb - FOTO

Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin Gəncəyə səfəri başlayıb - FOTO

Tarix: 11 Aprel 2021 16:15

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvlərinin Gəncəyə səfəri başlayıb.

Sonxeber.net xəbər verir ki, səfərdə Türk Şurasına üzv dövlətlərin informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

Nümayəndə heyətləri 44 gün davam edən Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Gəncə şəhərində əhalinin sıx yaşadığı əraziyə atılan ballistik raketlər nəticəsində dağılan binalarla tanış olacaqlar.

Qeyd edək ki, nümayəndə heyətinin üzvləri bu gün Ağdam rayonuna səfər ediblər, ermənilərin Ağdam şəhərində törətdikləri dağıntı və vandalizmi öz gözləri ilə görüblər. 


Etiketlər:  Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin Gəncəyə səfəri başlayıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ