Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəbiyevli "Viktoriya" doğma meydanda xal itirdi

Nəbiyevli

Tarix: 11 Aprel 2021 22:50

Futbol üzrə Çexiya 2-ci divizionunda 17-ci turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Blansko" ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb, 55-ci dəqiqədə əvəzlənib.
 
17 turdan sonra 23 xala malik "Viktoriya" 7-ci pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Nəbiyevli Viktoriya doğma meydanda xal itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ